Dünya
Merkeldən etiraf - Gec reaksiya verdik
Almaniyanın keçmiş kansleri Angela Merkel illər sonra bəzi etiraflar edib.
Publika.az xəbər verir ki, Merkel müsahibəsində Rusiya -Ukrayna müharibəsi və Almaniyanın müdafiə xərclərini artırması ilə bağlı qiymətləndirmələr aparıb.
2014-cü ildə Krımın qeyri-qanuni ilhaqından sonra Rusiyanın "Böyük səkkizlik"dən çıxarıldığını xatırladan Merkel, "Rusiyanın təcavüzünə daha tez reaksiya verməliydik" deyib.
NATO-nun “ÜDM (ümumi daxili məhsul)-in 2%-nin müdafiə xərclərinə ayrılması” hədəfinin Almaniya hökumətinin proqramında yer aldığını bildirən Merkel, artıma baxmayaraq Almaniyanın 2%-lik hədəfə çata bilmədiyini bildirib.
Merkel 2015-ci ildə Minskdə Rusiya ilə Ukrayna arasında sülh sazişinin imzalanmasını bir daha müdafiə edərək, “Bu, məhz belə bir müharibənin (Rusiyanın Ukraynaya qarşı müharibəsi) qarşısını almaq cəhdi idi” deyib.
Merkel Rusiya-Ukrayna müharibəsinin necə sona çatacağı sualına “Müharibələr danışıqlar masası arxasında bitir” cavabını verib.
Aydan
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı































.jpg)

.jpg)