Dünya
Rusiya Fransa və Almaniyadan təzminat tələb edir
Rusiya Dövlət Dumasının spikeri Volodin Almaniya və Fransadan Donbass sakinlərinə görə təzminat tələb edib.
Publika.az xəbər verir ki, Almaniyanın keçmiş kansleri Angela Merkelin 2014-cü ildə imzalanmış Minsk razılaşmalarının Ukraynaya vaxt vermək cəhdi olduğuna dair son bəyanatına münasibət bildirən Volodin vurğulayıb ki, beynəlxalq müqavilənin imzalanması nəticəsində üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməməsi təkcə güvən itkisi deyil, həm də cinayətdir:
“Merkelin etiraflarından sonra sonra Almaniya və Fransa Ukraynada baş verənlərə görə mənəvi və maddi məsuliyyət daşıyırlar. Onlar Donbass sakinlərinə 8 illik soyqırımı və dəymiş ziyana görə təzminat ödəməli olacaqlar”.
Dekabrın 7-də Merkel Almaniyanın “Die Zeit” qəzetinə müsahibəsində etiraf edib ki, Minsk razılaşmaları Ukraynaya qiymətli vaxt və güclənmək imkanı vermək üçün bağlanıb. Eks-kanslerin sözlərinə görə, bu razılaşmaların bütün iştirakçılarına aydın idi ki, Ukraynanın şərqindəki silahlı münaqişə hələ də həll olunmayıb.
Aydan
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı































.jpg)

.jpg)