Dünya
Çin Ayda öz hakimiyyətini quracaq
Amerika Kosmos və Aviasiya Administrasiyasının (NASA) rəhbəri Bill Nelson bəyan edib ki, Çin Ayı öz ərazisi kimi iddia edə və ABŞ astronavtlarının Aya enişini qadağan edə bilər.
Publika.az xəbər verir ki, Nelson, ABŞ-da yerləşən "Politico" siyasi xəbər saytına verdiyi açıqlamada "Mən və NASA-dakı digər mütəxəssislər Çinin Aya çatdıqdan sonra orada nə etməyi planlaşdırdığı ilə bağlı ABŞ adından getdikcə daha çox narahat oluruq. Çünki özünə məxsus kosmik stansiya qurmağa çalışan Çin yaxın vaxtlarda Ayı öz ərazisi elan edə bilər. Bu ölkə Ay səthində ehtiyatlarla zəngin yerləri saxlamağa çalışır”
"Burdan Uzaqlaşın, Ay Bizimdir!"
Çinin Ayın qaynaqlarına sahib olmaq üçün ABŞ başda olmaqla digər ölkələrin qarşısını almağa çalışacağını ifadə edən Nelson sözlərinə belə davam edib: “Fövqəldövlətlərin kosmosu bölüşdürmək uğrunda yarış apardıqları bir həqiqətdir. Buna görə də diqqətli olmalıyıq ki, Çin elmi araşdırma adı altında Ayda heç bir yerə getməsin. Dediyim kimi, Çin yaxın gələcəkdə digər ölkələrə də deyə bilər ki, 'Buradan uzaqlaşın, çünki biz buradayıq, Ay bizim hökmranlığımızdadır'.

Maraqlıdır ki, NASA prezidenti Bill Nelsonun narahatlığını üç çinli astronavt Çində yeni kosmik stansiya qurmaq üçün 6 aylıq kosmos səyahətindən qayıtdıqdan bir ay sonra dilə gətirib. Dekabr ayında Ayın orbital səyahətini tamamlayan ABŞ kosmik agentliyi NASA 2025-ci ilə qədər Yerin peykində daha daimi varlıq yaratmağa çalışır.
Ayşən
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?























.jpg)
.jpg)






