Dünya
Amerika peyki bu tarixdə yeri ZİBİLLƏYƏCƏK - FOTO
Amerika peyki yanvarın 8-də axşam saatlarında Yer atmosferinə daxil olacaq, onun dağıntıları planetin səthinə düşə bilər.
Bu barədə Publika.az Space.com-a istinadla xəbər verir.
Nəşrin NASA-ya istinadla yaydığı məlumata görə, peykin böyük hissəsi atmosferdən keçərkən yanacaq, lakin bəzi komponentlərin Yerə düşməsi mümkündür.
"Dağıntıların Yer kürəsində bir şeyə zərər vermə riski çox azdır, təxminən 9400-də 1-dir", - agentlik əmin edir.
Yerdəki radiasiya səviyyəsini tədqiq edən Amerikanın ERBS peyki NASA-nın üç peykdən ibarət Yer Radiasiya Büdcə Təcrübəsi missiyasının bir hissəsidir. O, 1984-cü ildə "Challenger" kosmik gəmisi ilə aşağı Yer orbitinə buraxılıb. Fəal olmayan peykin çəkisi təxminən 2,5 tondur. Peyk 2005-ci ildə fəaliyyətini dayandırıb.
Hüseyn İbadlı
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı












.jpg)



















.jpg)

.jpg)