Dünya
Polislər sıradan çıxmış silahları satırmış
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (DTK) Daxili İşlər Nazirliyinin daxili təhlükəsizlik departamenti ilə birlikdə sıradan çıxarılan və məhv edilməli olan silahların yenidən satışı kanalını ləğv edib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" komitənin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, cinayətkar dəstə silah-sursatın ikinci dərəcəli dövriyyəsi ilə məşğul olan hüquq-mühafizə orqanlarının indiki və keçmiş əməkdaşlarından, habelə onların əlbirlərindən ibarət olub.
“Sxem istismardan çıxarılan odlu silahların, döyüş sursatlarının və partlayıcı qurğuların sonradan satışa çıxarılaraq uydurma məhv edilməsindən ibarət idi”, - deyə ölkənin Milli Təhlükəsizlik Komitəsi bildirib.
Qeyd olunur ki, saxlanılma və axtarışlar zamanı 347 silah, 13 qumbara və 7387 döyüş sursatı götürülüb. Hüquq-mühafizə orqanları keçmiş polis zabitinin yaratdığı yeraltı silahların modifikasiyası sexini də dağıdıblar.
Silah alverçilərinin cinayətkarların, dağıdıcı dini cərəyanların nümayəndələri və keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət bütün müştəri şəbəkəsi aşkar edilib”, - deyə DTX-nin mətbuat xidməti əlavə edib.
Alma-Ata şəhərinin Almalı Rayon Məhkəməsinin qərarı ilə cinayəti törədən şəxslər təqsirli bilinərək müxtəlif müddətlərə - iki ildən beş ilədək həbs cəzasına məhkum ediliblər.
Ayşən
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






























.jpg)


