Dünya
Bu ölkədə nazir polis tərəfindən GÜLLƏLƏNDİ
Hindistanın şərqindəki Odişa ştatının səhiyyə naziri Naba Kişore Das bazar günü polis tərəfindən bir neçə dəfə güllə yarası alaraq xəstəxanada ölüb.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə yaralının aparıldığı Bhubanesvardakı "Apollo Hospital" məlumat yayıb.
Həkimlərin sözlərinə görə, güllə nazirin ürəyinə dəyib və daxili qanaxmaya səbəb olub. "Ürək fəaliyyətinin yaxşılaşdırılması üçün tədbirlər görülüb. Ona reanimasiya şöbəsində təcili yardım göstərilib. Lakin bütün cəhdlərə baxmayaraq, yaralını reanimasiya etmək mümkün olmayıb və aldığı xəsarətlərdən dünyasını dəyişib", - xəstəxananın açıqlamasında deyilir.
Bazar günü günortadan sonra polis müfəttişinin köməkçisi Qopal Das ştatın kütləvi tədbirə gedən səhiyyə naziri avtomobilindən düşən zaman ona çoxsaylı atəş açıb. Atəş açan şəxs dərhal həbs edilib.
Hadisənin başvermə səbəbləri hələ məlum deyil.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO





























