Dünya
Finlandiyanı da tətil bürüdü - İş şəraitindən narazıdırlar
Finlandiyada pərakəndə satış işçilərinin tətili başlayıb. Tətil fevralın 11-i səhərə qədər üç gün davam edəcək.
Publika.az Finlandiya mətbuatına istinadla xəbər verir ki, tətilçilər iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.
İşəgötürənləri təmsil edən Ticarət Birliyi ilə PAM Xidmət İşçiləri Həmkarlar İttifaqı arasında əmək mübahisəsi yaranıb. Hələ ki, razılığa gələ bilməyiblər.
"Kesko" şəbəkələrinin bütün ölkə üzrə hipermarket işçiləri tətil edəcək, aksiya günlərində bu şəbəkələrin satış yerləri bağlanacaq. Bəzi şəhərlərdə marketlər, "Kesko" logistika xidmətlərinin regional terminalları da işləmir. Həmkarlar ittifaqının saytındakı siyahıya əsasən, "K-Citymarket", "Prisma" və "Lidl" şəbəkələrinin işçiləri də tətil edir.
Bəzi mağazalar bu günlərdə işləməyə qərar verib. Onların nümayəndələri növbələrin həmişəkindən uzun ola biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.
Tərəflər razılığa gəlməsə, növbəti tətil fevralın 16-18-də baş tutacaq və Finlandiya üzrə 415 mağaza bağlanacaq. Bundan sonra 26 min işçinin tətil edəcəyi güman edilir.
Ayşən
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






























