Dünya
Çindən Rusiyaya qarşı ÇAĞIRIŞ: "Müvafiq təminatlar lazımdır"
Çin nüvə silahlarını öz dövlətlərindən kənarda yerləşdirməyə qarşı çıxır.
Publika.az xəbər verir ki, bu açıqlama ilə Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsi Qenq Şuanq çıxış edib.
O, həmçinin qeyd edib ki, Pekin artıq başqa ölkələrdə yerləşdirilən nüvə silahlarını geri çəkməyə çağırır.
“Biz həmçinin nüvə mübadiləsinə dair sazişlərin (Avropada Amerikanın taktiki nüvə silahlarına dair – təqribən) ləğvinin tərəfdarıyıq. Biz hər hansı nüvə dövlətinin xaricdə nüvə silahı yerləşdirməməsinin tərəfdarıyıq”, – çinli diplomat bildirib.
Qenq Şuanq əlavə edib ki, qlobal sabitliyin qorunması üçün müvafiq təminatlar lazımdır.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin Moskva və Minskin beynəlxalq hüququ pozmadan Rusiyanın taktiki nüvə silahlarının respublika ərazisində yerləşdirilməsi ilə bağlı razılığa gəldiyini açıqlamışdı.
Öz növbəsində, Aleksandr Lukaşenko cümə günü Belarus xalqına və Milli Assambleyaya müraciəti zamanı bildirib ki, ölkənin məhv edilməsi təhlükəsi yaranarsa, Minsk "hər şeylə" cavab verəcək.
Hüseyn İbadlı
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı































.jpg)

.jpg)