Dünya
Qrossi Rusiya nümayəndə heyəti ilə ZAES-i müzakirə edəcək
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) rəhbəri Rafael Qrossi aprelin 5-də Rusiyanın Kalininqrad şəhərinə səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə MAQATE-nin rəsmi nümayəndəsi Fredrik Dal bildirib.
“MAQATE-nin baş direktoru Rafael Qrossi hərbi münaqişə zamanı Ukraynada Zaporojye AES-in mühafizəsini təmin etmək məqsədilə davam edən məsləhətləşmələr çərçivəsində çərşənbə günü Kalininqrada səfər edəcək”, - təşkilatın sözçüsü bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov bildiribdi ki, Qrossi aprelin 5-də Rusiya tərəfinin nümayəndələri ilə ZAES ətrafındakı vəziyyəti müzakirə edəcək. Onun sözlərinə görə, danışıqlarda Moskvadan idarələrarası nümayəndə heyəti iştirak edəcək.
Qeyd edək ki, Ukraynanın cənub-şərqindəki Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır.
Zaporojye Atom Elektrik Stansiyası 2022-ci il martın 4-də Rusiya ordusu tərəfindən ələ keçirilib. Rusiya Prezidenti Vladimir Putin 2022-ci il oktyabrın 5-də elektrik stansiyasının Rusiyanın mülkiyyətinə verilməsi haqqında fərman imzalayıb.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)





















.jpg)
.jpg)

