Dünya
ABŞ İrana qarşı sanksiyaları müddətsiz elan edə bilər
Demokrat və Respublikaçılar partiyalarından olan amerikalı qanunvericilər Konqresin hər iki palatasında ABŞ prezidentinə İran iqtisadiyyatına qarşı sərt sanksiyalar tətbiq etməyə icazə verən qanunun müddətsiz fəaliyyəti ilə bağlı təşəbbüs irəli sürüblər.
Publika.az xəbər verir ki, bu barədə bazar ertəsi Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri, təşəbbüsün müəllifi olan Maykl Makkalın (Texasdan olan respublikaçı – red.) mətbuat xidməti məlumat verib.
İrana qarşı sanksiyaları sərtləşdirmək üçün aşağı palataya təqdim edilən qanun layihəsinin cari müddəti 2026-cı ildə başa çatacaq 1996-cı il İran Sanksiya Aktını (ISA) qeyri-müəyyən müddətə uzatmaq üçün nəzərdə tutulub.
Qeyd edək ki, hazırda Konqres tərəfindən daimi olaraq yenilənməli olan ISA, nüvə silahı hazırlamaq cəhdlərini dayandırmaq üçün ABŞ icra hakimiyyətinə, xüsusən İranın enerji sektoruna qarşı sanksiyalar tətbiq etməyə icazə verir.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı































.jpg)

.jpg)