Dünya
Hirosimada “G7” sammiti başa çatdı
Yeddilik Qrupunun (“G7”) liderləri və bazar günü Hirosima sammitinə dəvət olunmuş dövlətlər proqram çərçivəsində planlaşdırılan bütün iş sessiyalarını başa vurublar.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları məlumat verib.
Cəmi üç gün ərzində onlar 10 sessiya keçiriblər ki, onlar Ukrayna ətrafındakı vəziyyəti, Çinlə münasibətləri, dünya iqtisadiyyatının problemlərini, nüvə tərk-silahını, “G7”dən kənar tərəfdaşlarla əməkdaşlıq və digər məsələləri müzakirə ediblər.
Mayın 20-də “G7” sammitinə dəvət olunmuş Avstraliya, Braziliya, Vyetnam, Hindistan, İndoneziya, Kuk adaları, Komor Adaları İttifaqı və Cənubi Koreya liderləri qatılıblar. Bundan əlavə, bazar günü Yaponiyaya səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna məsələlərinə dair iki sessiyada, o cümlədən “G7”dən kənar ölkələrin liderləri ilə geniş tərkibdə iştirak edib.
Zelenski ilə ilk iclasda “G7” liderləri “Ukraynaya diplomatik, maliyyə, humanitar və hərbi yardım göstərməklə bağlı öhdəliklərini davam etdirəcəklərini” təsdiqləyiblər. Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, əvvəlcə Ukrayna Prezidenti sammitdə onlayn şəkildə iştirak etməli idi. Belə bir razılaşma Baş nazir Fumio Kisidanın mart ayında Kiyevə səfəri zamanı əldə olunmuşdu.
Yaponiya bu il “G7”yə sədrlik edir və mayın 19-dan 21-dək Hirosimada sammitini keçirir. Bu şəhər 6 avqust 1945-ci ildə ABŞ-nin nüvə bombasına məruz qalıb. Cozef Bayden Hirosimaya səfər edən ikinci ABŞ Prezidenti olub. Lakin 2016-cı ildə adıçəkilən şəhərə səfər edən sabiq dövlət başçısı Barak Obama kimi, o da nüvə bombardmanına görə üzr istəməyib.
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı






.jpg)




.jpg)




.jpg)
















