Dünya
İlyumjinov ABŞ aliminin iddiasını təsdiqlədi: Onları görmüşəm
Kalmıkiyanın keçmuiş rəhbəri Kirsan İlyumjinov professor Harri Nolanın Nyu-Yorkda keçirilən konfransda yadplanetlilərin Yer kürəsinə gəldiklərini və hələ də burada qaldıqları ilə bağlı sözlərini şərh edib.
Publika.az xəbər verir ki, o, bu barədə jurnalistlərə müsahibəsi zamanı danışıb.
"Mən həmin professoru dəstəklədiyimi bildirmək istəyirəm",- İlyumjinov deyib. O, qeyd edib ki, yadplanetliləri insan şəklində, astronavt kimi görüb.
"Bilmirəm, bəlkə gördüm, ya mənə elə gəlib. Ola bilsin ki, bu yuxu idi, lakin real olduğunu hiss etdim",- o bildirib.
İlyumjinov riyaziyyatçı alimlərin sözlərinə istinad edərək bildirib ki, Qalaktika müxtəlif intellektual sivilizasiyalarla doludur. Və ardınca gözlənilməz bir nəzəriyyə irəli sürüb: "Məncə, biz özümüz də planetimizdəki hələ bizə məlum olmayan digər varlıqlar və sivilizasiyalarla münasibətdə onlara görə, yadplanetliyik".
Xatırladaq ki, İlyumjinov daha əvvəl yadplanetlilərlə görüşdüyünü bildirib və hətta onların kosmik gəmisində bir neçə saat vaxt keçirdiyini iddia edib.
Ayşən
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
















.jpg)
















.jpg)
.jpg)

