Dünya
ABŞ-dan Ukraynaya: F-16 hücum üçün deyil!
“Amerika istehsalı olan “F-16” qırıcıları Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı üçün nəzərdə tutulmayıb, lakin müharibə gözləniləndən daha uzun sürərsə, Ukraynaya verilə bilər”.
Publika.az xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Bu qırıcılar heç vaxt əks-hücum silahı sayılmayıb. Hazırda hadisələri izləyirik. Ümid edirəm ki, bu müharibə daha tez bitər. Amma bu baş verməsə, biz “F-16”ları mümkün qədər tez onlara təhvil verəcəyik”,- deyə o bildirib.
Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, əks-hücumla yanaşı, “F-16” qırıcıları Odessadan dəniz yoluna nəzarət etmək üçün Ukrayna Silahlı Qüvvələrinə lazımdır.
Prezident qeyd edib ki, Kiyev hakimiyyəti Rusiya aviasiyasına nisbətən havada üstünlük əldə etmək niyyətində deyil: “Sadəcə söhbət cəbhədə bərabər olmaqdan gedir”.
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"






























