Dünya
Pul olacaqsa, qaz da olacaq
Ukraynaya qaz təchizatı ilə bağlı Rusiya, Ukrayna və Avropa Komissiyası nümayəndələri arasında 12 saat ərzində davam edən üçtərəfli danışıqlarda razılaşma əldə olunub.
Publika.az-ın məlumatlarına görə, Brüsseldə keçən görüşün yekununda üçtərəfli saziş imzalanıb. Rusiyanı danışıqlarda energetika naziri Aleksandr Novak və “Qazprom”un prezidenti Alekdey Miller təmsil edib. Ukrayna tərəfindən tədbirdə energetika naziri Yuri Prodan və “Naftoqaz”ın rəhbəri Andrey Kobolev iştirak ediblər. Avropa İttifaqı adından sənədə Avropa Komissiyasının vitse-prezidenti Günter Ettinger imza atıb.
Rusiyanın “Qazprom” və Ukraynanın “Naftoqaz” şirkətləri arasında imzalanmış kontrakt, həmçinin, 2015-ci ilin martın sonunadək qaz tədarükünün şərtlərini müəyyənləşdirib.
Sazişin şərtlərinə əsasən, Rusiya ixrac rüsumunun azaldılması hesabına Ukraynaya hər 1000 kubmetr qaza 100 dollar endirim tətbiq edəcək. Avropa Komissiyasının vitse-prezidenti Günter Ettinger hesab edir ki, bu şərtlər əsasında Ukraynanın 4 mlrd kubmetr Rusiya qazını ödəmək imkanı olacaq, bu isə Aİ ölkələrinin fasiləsiz qaz təchizatını təmin edəcək.
Qeyd edək ki, Ukrayna üçün 1000 kubmetr qazın baza qiyməti kontrakt üzrə 485 dollar təşkil edib. Yeni paketə əsasən, noyabrdan 2015-ci ilin mart ayınadək 1000 kubmetr qaza görə ödəniş, 100 dollar endirim tətbiq edilməklə, 385 dollar təşkil edəcək.
Avropa Komissiyasının vitse-prezidenti Günter Ettinger qeyd edib ki, Ukrayna bu ilin sonunadək Rusiyaya olan 3,1 mlrd dollar qaz borcunu ödəyəcək. Onun sözlərinə görə, yekun məbləğ Stokholm arbitrajının qərarından sonra müəyyənləşdiriləcək. Günter Ettinger əlavə edib ki, Ukrayna Rusiyaya olan borcunu ödəmək üçün Beynəlxalq Valyuta Fondu və Aİ-nin maliyyə yardımından istifadə edə bilər.
“Qazprom”un rəhbəri Aleksey Miller bildirib ki, müqaviləyə əsasən, Ukrayna əvvəlcədən ödəməklə noyabr və dekabra 4 mlrd kubmetr qaz alacaq. Onun sözlərinə görə, noyabr və dekabrda Ukraynaya tədarük olunacaq qaz hər 1000 kubmetrə görə 385 dollardan hesablanacaq.
Rusiyanın energetika naziri Aleksandr Novak isə çıxışında qeyd edib ki, Ukraynaya yanvar-mart aylarında qaz tədarükü yalnız əvvəlcədən ödəmə şərti ilə və Kiyevin ilin sonunadək Rusiyaya 3,1 mlrd dollar məbləğində borcunu ödəyəcəyi təqdirdə həyata keçiriləcək.
“Pul olacaqsa - qaz da olacaq”, Sergey Novak deyib.
-
Art19:24Xalq artistinin səhhəti necədir? - Köməkçisindən AÇIQLAMA
-
Nida Xəbər 17:40Ukraynalı filosof: "Heydər Əliyevin xatirəsi təkcə kitablarda, abidələrdə yaşamır!”
-
Nida Xəbər 17:25Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri - Tarixi faktlar və rəylər
-
İqtisadi gündəm16:58Qızılın qiyməti yüksəlir: Daxili bazarda son vəziyyət necədir - VİDEO
-
Magazin216:13Müğənnilər birləşib atı "övladlığa" götürdülər
-
Region13:56Hərbçi qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü
-
Hadisə12:05Bakıda dəhşət: Keçmiş həyat yoldaşı və qayınanasını öldürüb intihar etdi
-
İdman11:43DÇ-nin açılış oyununda qol vuran ulduzun nişanlısından ecazkar fotolar










.jpg)
























