Dünya
Bu iki nəfərlə bağlı Türkiyədə araşdırma başladı: Hər şey Moskvaya ötürüləcək
Moskva vilayətində “Crocus City Hall” konsert salonuna hücumda iştirak edən iki nəfər Türkiyədə olub, lakin Moskvadan onlarla bağlı heç bir xəbərdarlıq olmayıb.
Publika.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, həbs edilən 4 terrorçudan ikisi əvvəllər Rusiya Federasiyası - Türkiyə - Rusiya Federasiyası marşrutu ilə hərəkət edib. Eyni zamanda, onların Türkiyədə heç bir qeydiyyatı - yaşamaq icazəsi və ya digər sənədli sübutları yoxdur.
Mənbələr əlavə edib ki, bu şəxslərlə bağlı Moskvadan əvvəlcədən heç bir xəbərdarlıq olmayıb. Onların Türkiyədə olması faktları “bütün ehtiyatla öyrənilir” və Rusiya tərəfinə bildiriləcək.
Nəşrin əlavə etdiyi kimi, Türkiyə tərəfi Rusiyadan İŞİD terror qruplaşması və onun qolu İD-Xorasan-ın fəaliyyəti ilə bağlı məlumat mübadiləsini artıracağını gözləyir, çünki onlar Türkiyə üçün eyni dərəcədə təhlükədir.
Tural
-
Rəsmi xronika16:55İlham Əliyev üç fərman imzaladı
-
İqtisadi gündəm16:50BƏƏ OPEC-dən niyə çıxdığını açıqladı - Böyük neft müharibəsi başlayır?
-
Dünya16:10Gözəllik kraliçasını qayınanası belə öldürüb: Polis qətlin videosunu tapdı
-
Sosial15:20Azərbaycan-İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək
-
Dünya14:18Kralın yanında biabırçı hərəkət: Görün Tramp əlini Melaniyanın harasına qoydu - FOTO/VİDEO
-
Sosial13:32Bakıda 61 milyon manatlıq yenidənqurma və təmir işləri həyata keçiriləcək
-
Nida Xəbər 12:24Əməkdar jurnalistə vəzifə verildi
-
Sosial12:09Nazirdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama



































