Fələstin prezidenti Rusiyaya səfər edəcək
Bizi izləyin

Dünya

Fələstin prezidenti Rusiyaya səfər edəcək

Fələstin prezidenti Rusiyaya səfər edəcək

Rusiya yaxın vaxtlarda Fələstin prezidenti Mahmud Abbasın Moskvaya səfərini gözləyir.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.

"Biz Mahmud Abbasdan erkən səfər gözləyirik", - deyə diplomat bildirib.

Boqdanov həmçinin vurğulayıb ki, Fələstin liderinin səfəri Yaxın Şərq və Qəzza zolağında münaqişənin həlli ilə bağlı mövqelərin əlaqələndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.

Avqustun 7-də Abbas Fələstinin sülh konfransı çərçivəsində İsraillə yekun status danışıqlarına hazır olduğunu bildirib. Onun sözlərinə görə, altı ərəb dövləti qrupu tərəfindən təsdiq edilmiş və baxılmaq üçün ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının üzvlərinə təqdim edilmiş “yol xəritəsi” hazırlayıb. Bu qərarın əsasını İsrailin Qəzza zolağında mövcudluğunun dayandırılması təşkil edir.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm