Nazir Kubanın qurbanı oldu: Prezident dəstəyə görə onu qovdu
Bizi izləyin

Dünya

Nazir Kubanın qurbanı oldu: Prezident dəstəyə görə onu qovdu

Argentina prezidenti Xavyer Miley BMT-də ABŞ-ın Kubaya qarşı sanksiyalarının ləğvinə səs verdikdən sonra xarici işlər naziri Diana Mondinonu vəzifəsindən azad edib.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentlik yazır ki, diplomatik xidmət rəhbəri teatrallıq və təşkilatlanma ilə seçilən siyasətçinin kampaniyası zamanı Buenos-Ayresin beynəlxalq nüfuzunu gücləndirib.

"Ölkəmiz qəti şəkildə Kuba diktaturasına qarşıdır və insan hüquqlarını və fərdi azadlıqları pozan bütün rejimləri pisləyən güclü xarici siyasət mövqeyini qoruyacaq", - Argentina liderinin ofisi bildirib.

Mileyin sözçüsü Manuel Adorni daha sonra "X" sosial şəbəkəsində yazıb ki, Argentinanın ABŞ-dakı səfiri Gerardo Verteyin yeni xarici işlər naziri təyin olunacaq.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm