Dünya
ABŞ-ın Ukrayna və İsraillə bağlı siyasəti dəyişir: bundan sonra...
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp artıq ölkənin əsas istiqamətlər üzrə siyasətini formalaşdırır: Ukrayna və İsrail.
Publika.az xəbər verir ki, "Bloomberg" bu barədə mənbələrinə istinadən məlumat yayıb.
Keçmiş Tramp administrasiyasının rəsmisi qəzetə bildirib ki, seçilmiş prezident onun sələfindən daha sərt olacağı anlayışından faydalanacaq, ABŞ-ın rəqibləri vaxtından əvvəl davranışlarını dəyişə bilər, bəziləri isə Vaşinqtonun potensial qisas təhlükəsi səbəbindən daha təmkinli ola bilər.
Amerika siyasətindəki dəyişiklik Ukraynada daha kəskin hiss olunacaq. "Bloomberg" yazır ki, bu ölkənin hakimiyyət orqanları danışıqların qaçılmazlığını dərk etməyə başlayır. Agentlik xatırladır ki, Tramp seçki kampaniyası zamanı bir neçə dəfə vəd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsini hələ vəzifəyə başlamazdan əvvəl dayandıracaq.
Qeyd edək ki, bu həftə siyasətçinin Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı olub və bu danışıqda "Tesla" şirkətinin baş direktoru İlon Mask da iştirak edib. İş adamı əvvəllər münaqişənin nizamlanmasının belə bir həllini istisna etməyib ki, bu da Ukraynanın Rusiya Federasiyası tərəfindən işğal olunmuş ərazilər uğrunda döyüşməkdən imtina etməsini nəzərdə tutur. Kiyev ərazi güzəştlərini rəsmən rədd edir və müharibənin bitməsinin yalnız prezident Vladimir Zelenskinin sülh qətnaməsi əsasında mümkün olduğunu deyir.
Agentlik yazır ki, İsrailə gəlincə, bu ölkə Trampın prezidentliyindən daha çox faydalanacaq. Baş nazir Benyamin Netanyahu Respublikaçıların çoxdankı müttəfiqidir.
Adəm Abbaslı
-
Avropa05:15Ukrayna ilə bağlı qorxulu proqnoz
-
Dünya04:44Suyun altında dava düşdü - VİDEO
-
İdman02:12Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" isə...
-
Magazin201:11Məşhur müğənninin model sevgilisi dərin dekolteli libasda - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qazanc fürsətləri qarşınıza çıxa bilər
-
Avropa5 Noyabr 23:12NATO qoşunları Latviyada inəklərə zərbələr endirdi
-
Avropa5 Noyabr 22:48Meqan Marklın ögey qardaşının başı dərddə - Yetkinlik yaşına çatmayan qızlar...
-
Sosial5 Noyabr 22:36Köçkün qadınlarla evlənən kişilərə yeni hüquq verildi















.jpg)






.jpg)







.jpg)

