Dünya
Əsəd: “Hədəfim nəyin bahasına olursa olsun…”
“Hava zərbələri terrorizmə son qoymaq iqtidarında deyil. Onların öhdəsindən ən yaxşı halda quru qoşunları gələ bilər”.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu sözləri Suriya prezidenti Bəşər Əsəd “Paris Match”a müsahibəsində deyib.
O, beynəlxalq koalisiya gücləri tərəfindən “İslam Dövləti" (İŞİD) terror qruplaşmasının mövqelərinin bombalamasını effektsiz adlandırıb.
Suriya prezidenti həmçinin qeyd edib ki, onun hədəfi nəyin bahasına olursa-olsun prezident postunun saxlanması deyil, ölkənin qurtuluşudur. “Kapitan nə ölüm, nə də həyatı haqqında düşünür. O, öz gəmisini xilas etmək barədə düşünür. Əgər onun gəmisi qəzaya uğrayarsa, oradakı hamı məhv olur”, - B.Əsəd bildirib.
Qeyd edək ki, 4 ildi Suriyada vətəndaş müharibəsi davam edir. Əsəd rejimi İŞİD və Azad Suriya Ordusuna qarşı vuruşur. Eyni zamanda bu iki təşkilat da bir-biri ilə müharibə aparır.
Ömər Dağlı
-
MDB15:01
Rusiya parçalana bilər - Moskva müftisindən NİQAB XƏBƏRDARLIĞI
-
Dünya14:21
Yusov Putinin bunkerlərinin yerini tapıb: İzləyirlər
-
Elm və təhsil14:05
Emin Əmrullayev 300 nəfərə vəzifə vəd edib - ŞOK İDDİA
-
İdman13:34
Bu gözəllər finalda onların motivasiyası olacaq - FOTOLAR
-
Sosial13:29
“Xalqımız ən şərəfli, ən sevincli günlərini yaşayır” - Yalçın Adıgözəlov
-
Köşə12:59
Fələstini kim yaradır? - ŞOK FAKT
-
İdman11:56
Sadiqlik nümunəsi: Görün futbol kimi itirir - FOTOLAR
-
Dünya11:30
Rəisinin ölümündən sonra bütün gözlər bu adama yönəlib: Müctəba kimdir?