Dünya
Baxçalıdan Üçüncü Dünya müharibəsi mesajı: "Hər şeyə hazırlıqlı olun"
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup iclasında çıxış edib.
Publika.az xəbər verir ki, Baxçalı diqqət çəkən mesajlar verib. O, Üçüncü Dünya müharibəsi ilə bağlı xəbərdarlıq edib və hər şeyə hazırlıqlı olmağın vacibliyini vurğulayıb.
“Ətrafımız od halqasına çevrilib. Hara baxsaq, qanlı döyüş səhnələri gözümüzə çarpır. İstənilən ssenariyə hazır olmalıyıq. Son 3 ildə qlobal səviyyədə münaqişələr 65 faiz artıb. Son zamanlar artan raket gərginliyi səbəbindən bütün dünya qorxu içindədir.
Üçüncü Dünya müharibəsi gözləniləndir. Müharibədə qazanan olmur əlbəttə ki. Nüvə silahı riskini nəzərə alaraq bəşəriyyətin yeni məhvə dözməsi mümkün deyil. Ötən əsrdə İkinci Dünya müharibəsinin ən ağır nəticələri ilə qarşılaşan türk millətidir.
Ukrayna-Rusiya müharibəsi və günü-gündən daha da gərginləşən atmosfer, Qərbin Rusiyaya hücumu alqışlaması və Rusiyanın cavab tədbirləri kabus ssenarilərini aktivləşdirib. Baydenin Ukraynaya verilən icazədən sonra Putinin imzaladığı nüvə doktrinasını bəyəndiyi açıq-aydın görünür. Bütün dünya qorxu tunelindədir. Putinin ritorikası Üçüncü Dünya müharibəsi ehtimalını gündəmə gətirib”, - D. Baxçalı qeyd edib.
Roza Şəfiyeva
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
















.jpg)


















.jpg)
.jpg)
