Dünya
İran yeni Suriya ilə münasibət quracaq? - BƏYANAT
İran Suriyanın birliyi, milli suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı prinsipial mövqeyini xatırladıb.
Publika.az xəbər verir ki, bu bardə İran Xarici İşlər Nazirliyinin Suriyadakı son hadisələrlə bağlı yaydığı bəyanatda deyilir.
Vurğulanır ki, bu vəzifənin həyata keçirilməsi Suriyada hərbi qarşıdurmaların tezliklə dayandırılmasını, terror aktlarının qarşısının alınmasını və Suriya cəmiyyətinin bütün spektrinin iştirakı ilə milli dialoqun aparılmasını tələb edir.
Qeyd olunur ki, Tehran əvvəllər olduğu kimi Suriyada siyasi proseslərin monitorinqi üçün BMT-nin 2254 saylı qətnaməsinə əsaslanan beynəlxalq mexanizmləri dəstəkləyir və bununla bağlı BMT ilə konstruktiv əməkdaşlığı davam etdirir.
Bundan əlavə, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin məlumatına görə, Suriya tarixinin kritik dövründə olduğu bir vəziyyətdə, beynəlxalq hüquq standartlarına uyğun olaraq, bütün ölkələrin təhlükəsizliyini qorumaq çox zəruridir.
Suriyanın Qərbi Asiya regionunda mühüm və nüfuzlu ölkə olduğunu vurğulayan İran Xarici İşlər Nazirliyi ölkədə təhlükəsizlik və sabitliyin bərqərar olması üçün səylərini əsirgəməyəcəyini və bu məqsədlə, xüsusilə də regionun bütün nüfuzlu tərəfləri ilə məsləhətləşmələr aparacağını vurğulayıb.
Bəyanatda İran Xarici İşlər Nazirliyinin Suriya və regionda baş verən prosesləri yaxından izləyərək, siyasi və təhlükəsizlik arenasında təsirli aktorların davranış və hərəkətlərini nəzərə alaraq müvafiq yanaşma və mövqelər sərgiləyəcəyi bildirilir.
Adəm Abbaslı
-
Dünya15:40Şimali Kiprdə yeni prezident and içdi: Tufan Erhürman kimdir?
-
Magazin113:57"Tamaşaçı da elə bilir ibadət edirəm” - Alim Qasımov
-
Region13:20Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Çox yüksək səviyyədə...
-
Region12:14Moskvadan İrəvana eyham: Tanqo üçün iki nəfər lazımdır
-
İdman11:53Messinin görüşdüyü qadın kimdir? - Həyəcanını gizlədə bilmədi - FOTOLAR
-
İdman10:54Azərbaycanlı futbolçu Rusiyada şou göstərdi: Möhtəşəm qol vurdu - VİDEO
-
Maraq dünyası10:18ABŞ ordusu niyə əfsanəvi "Qara quş"dan imtina etdi? - Maraqlı FAKT
-
İdman10:12Ulduzların olduğu canlı verilişdə məşhur aparıcının paltarı cırıldı - VİDEO



































