Dünya
Bu ölkədə baş verən nümayişlərdə 261 nəfər ölüb
Mozambikdə oktyabr ayında ölkə rəhbəri postuna seçilən Daniel Çaponun prezidentliyinə etiraz olaraq keçirilən və tez-tez qarşıdurmaya çevrilən nümayişlərdə ölənlərin sayı 261-ə çatıb.
Publika.az xəbər verir ki, Konstitusiya Məhkəməsinin bazar ertəsi Çaponun seçkilərdəki qələbəsini təsdiqləməsi hadisələrin şiddətlənməsinə səbəb olub.
Qeyd edək ki, həyatını itirənlərdən 134 nəfəri həftə ərzində baş verən hadisələrin qurbanı olub.
Daniel Çapo bazar ertəsindən bəri dağıdıcı şəhər iğtişaşları ilə sarsılan Cənubi Afrika ölkəsini zorakılığa son qoymağa çağırıb. Çapo yarım əsrdir hakimiyyətdə olan Mozambik Azadlıq Cəbhəsi Frelimonun namizədi idi.
Çapo həftənin əvvəlindən bəri bir çox böyük şəhərlərdə müşahidə edilən zorakılıq, ictimai və şəxsi mülklərin dağıdılması, vətəndaşların ölümləri, yolların bağlanması, talan və oğurluq hallarından təəssüfləndiyini bildirib.
47 yaşlı Daniel Çaponun sözlərinə görə, ən çox zərər çəkmiş şəhərlər paytaxt Maputo və onun qonşusu Matola, həmçinin Beyra və Nampula olub.
Aysel Şahmar
-
Nida Xəbər 12:33Azərbaycan və İordaniya arasında viza rejimi aradan qaldırılır
-
Nida Xəbər 12:18Deputat ailələr üçün tələb irəli sürdü: Mənzil, bağça, təhsil və...
-
Yaxın Şərq11:06Dubaydan Təl-Əvivə uçan təyyarə qaçırıldı - Göyərtədə 100-dən çox İsrail vətəndaşı var
-
Yaxın Şərq10:18Qüds ermənisi haray çəkdi: Biz tualet deyilik, dayanın
-
Rəsmi xronika09:40İlham Əliyev sərgi iştirakçılarına müraciət ünvanladı
-
Sosial09:30Bakının bu ərazisində evlər söküləcək - VİDEO
-
ABŞ09:00ABŞ nüvə sualtı qayığı ilə bağlı yeni qərar verdi
-
Avropa08:36Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək

































