Dünya
"Taliban" Trampın bu çağırışını RƏDD ETDİ
Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatı ABŞ prezidenti Donald Trampın çağırışını rədd edib.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, hərəkat milyardlarla dollar dəyərində olan Amerika silahlarını geri qaytarmaqdan imtina edib.
"Taliban" hesab edir ki, ABŞ nəinki silahları götürməməlidir, həm də “İslam Dövləti” terror təşkilatı ilə mübarizə üçün daha müasir vasitələr təqdim etməlidir.
Xatırladaq ki, Tramp bazar günü keçirilən mitinqdə Əfqanıstan tərəfini Amerika qoşunlarının orada qoyub getdiyi silah və avadanlıqları geri qaytarmasa, ona istənilən maliyyə yardımını dayandıracağı ilə hədələyib.
Qeyd edə ki, ABŞ hərbçiləri 20 ildən çox müddətdə Əfqanıstanda qaldıqdan sonra 2021-ci ildə tələsik şəkildə Əfqanıstanı tərk edərkən, dəyəri 7 milyard dollardan çox olduğu güman edilən hərbi texnika "Taliban" tərəfindən ələ keçirilib.
Hüseyn İbadlı
-
İdman03:43Messidən sonra Argentina millisinin bombardiri kim olacaq? - Tarixi siyahı
-
Qoroskop01:20Günün ulduz falı: Hər şeyin öz axarında getməsinə icazə verin
-
İdman7 Oktyabr 23:05Montella gedir, Arda Turan gəlir? - Gözlənilməz iddia
-
Sosial7 Oktyabr 21:00Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Siyahı
-
Nida Xəbər 7 Oktyabr 19:20AK Parti sözçüsü: Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələr var - Video
-
Gözəllik7 Oktyabr 18:20Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
-
Nida Xəbər 7 Oktyabr 16:21Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil
-
Rəsmi xronika7 Oktyabr 15:35İlham Əliyev Vladimir Putinə zəng etdi


















.png)












