Dünya
Hörümçəyə allergiyası olan pilotu uçuş zamanı tarantula dişlədi
Uçuş zamanı pilotların kabinəsinə tarantula girib və onlardan birini dişləyib.
Publika.az "Daily Mail"ə istinadən xəbər verir ki, hadisə fevralın 21-də Düsseldorfdan Madridə uçan İspaniyanın "Iberia" aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsinin göyərtəsində baş verib.
Tarantulanın uçuş zamanı dişlədiyi pilotun hörümçəklərə qarşı allergiyası olub. Aviaşirkətin açıqlamasında bildirilir ki, pilot ciddi xəsarət almasa da, "Urbazon" dərmanı ilə müalicə olunub və artıq özünü yaxşı hiss edir.
Hörümçəyin ötən həftənin əvvəlində Mərakeşin Kasablanka şəhərində dayanma zamanı təyyarəyə daxil olduğu güman edilir.
İspaniya paytaxtına çatdıqdan sonra təyyarə dezinfeksiya edilib. Bu da növbəti reysin üç saat gecikməsinə səbəb olub.
Ləman
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı
-
İqtisadi gündəm09:25Maaş və sosial ödənişlərdə artım olacaq? - 60 faiz…
-
Magazin206:16"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO
-
Səhiyyə05:15Bu məhsul mədəaltı vəzi xərçəngi riskini artırır
-
Magazin200:45Reklam üçün açıq-saçıq libaslarda pozalar verdi - FOTO/VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Səbrinizin mükafatını alacaqsınız



































