Dünya
"Prezident milyarderə uduzmayacaq" - Mövqe
“Bicina İvanişvili Mixail Saakaşvliyiə ciddi rəqib deyil”. Bunu Publika.Az-a açıqlamasında politoloq Vəfa Quluzadə gürcü milyarder Bicina İvanişvilinin hakimiyyətə gələcəyinə dair verdiyi bəyanatı şərh edərkən bildirib.
Gürcüstanda ölkənin ən zəngin adamı hesab edilən Bicina Ivanişvili yeni siyasi partiyanın əsasını qoyub. “Gürcü xalqının arzusu Demokratik Gürcüstan” adlanan partiyanın oktyabr ayında keçiriləcək parlament seçkilərində iştirak edəcəyi gözlənilir.
Partiyanın təsis yığıncağında çıxış edən Ivanişvili bildirib ki, prezident Mixail Saakaşvili artıq ölkəyə rəhbərlik edə bilmir. Milyarderin sözlərinə görə, onun partiyası hakimiyyətdəki bu boşluğu doldurmağa hazırlaşır.
Politoloq Vəfa Quluzadə hesab edir ki, MDB məkanında milyarder statusunu qazanan şəxslər vəhşi kapitalizm nəticəsində bu ada sahib olublar: “Qərb dövlətləri artıq bu mərhələni geridə qoyublar. Onlarda zəngin adamlar qanuni yolla varidat toplaya bilirlər. MDB məkanında, o cümlədən Gürcüstanda da milyarderlər qeyri-leqal yolla bu ada sahib ola biliblər.
Bu baxımdan hansısa milyarderin haqq-ədalətdən danışması, ölkəni xilas edəcəyini deməsi blefdir. Ümumiyyətlə, hər hansı milyarderin hakimiyyətə gəlməsi düzgün deyil. Zənnimcə, bu istənilən halda həmin ölkəni uçuruma yuvarlayacaq”.
Bicina İvanişvilinin Rusiya tərəfindən ortaya atılmasına toxunan politoloq söyləyib ki, Gürcüstanda ABŞ-la Rusiya arasında açıq savaş gedir: “Mixail Saakaşvili Qərbin, bir az da konkretləşdirsək, Amerikanın adamıdır. Əlbəttə, Rusiya ona nifrət edir. Hər an Saakaşvilini yıxmağa hazırdır. Bu məqsədlə ən müxtəlif planlar cızır, ssenarilər yazır.
Amma ABŞ da sakit oturmayıb. Bu baxımdan Bicina İvanişvilinin Mixail Saakaşviliyə rəqib olacağını düşünmürəm. Bəlli reallıqdır ki, Gürcüstanda ABŞ-la Rusiya arasında gedən “soyuq müharibə”də üstünlük Amerikanın tərəfindədir”.
Azər Niftiyev
Publika.Az
-
İKT11:06Uşaqları sosial şəbəkələrdə necə qorumalı? - VİDEO
-
Region09:58Erməni müğənni Paşinyana qarşı çıxdı: "Qarabağ erməniləri ölkədə təqib olunurlar!"
-
Yaxın Şərq09:49İsrail yenidən genişmiqyaslı hərbi əməliyyatlara başladı
-
Sağlamlıq09:29Dəhşətli statistika - 40 milyon uşaq tütün məmulatından istifadə edir
-
İdman08:12PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?



















.jpg)












