Bu ölkə Ukraynaya dəstək üçün QOŞUN GÖNDƏRİR
Bizi izləyin

Dünya

Bu ölkə Ukraynaya dəstək üçün QOŞUN GÖNDƏRİR

Monteneqro parlamenti ölkənin Avropa İttifaqının Ukraynaya dəstək missiyasında (EUMAM Ukraine) iştirakına səs verib.

Publika.az xəbər verir ki , 49 deputat təşəbbüsü dəstəkləyib, üçü isə bitərəf qalıb.

Monteneqronun müdafiə naziri Draqan Krapoviç bildirib ki, Monteneqronun hərbi qulluqçuları ukraynalı həmkarlarına kimyəvi-bioloji və nüvə müdafiəsi, tibbi təminat, minalardan təmizləmə və əməliyyat hazırlığı sahələrində təlim keçəcəklər.

Onun sözlərinə görə, Aİ-nin 24 ölkəsi artıq Ukrayna Silahlı Qüvvələrinin əsgərlərini hazırlamaq üçün təlimatçılar və şəxsi heyət ayırıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm