Dünya
İngiltərədən İrana hücuma reaksiya: Heç kimə fayda verməyəcək
Böyük Britaniyanın baş naziri Kir Starmer və xarici işlər naziri Devid Lammi İsrailin İrana hücumları ilə bağlı açıqlama veriblər.
Publika.az xəbər verir ki, “X” hesabında paylaşım edən Starmer İsrailin İrana hücumlarının narahatlıq doğurduğunu bildirib.
"Hücumlarla bağlı xəbərlər narahatlıq doğurur. Bütün tərəfləri dərhal geri çəkilməyə və gərginliyi azaltmağa çağırırıq. Gərginliyin artması bölgədə heç kimə fayda verməyəcək. Yaxın Şərqdə sabitlik prioritet olmalıdır. Bu səbəbdən gərginliyi azaltmaq üçün müttəfiqlərimizlə təmasdayıq. İndi mülayim, sakit olam və diplomatiyaya qayıtmağın zamanıdır", - o yazıb.
Devid Lammi də “X” paylaşımında yazıb ki, Yaxın Şərqin sabitliyi qlobal təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edir: “Baş verən hücumlardan narahatam. Gərginliyin artması regionda sülh və sabitliyi daha da təhdid edəcək və heç kimin xeyrinə olmayacaq".
Roza
-
Nida Təhlil 01:50Tramp ritorikanı dəyişdi - İrana hücum başlanır
-
Qoroskop01:40Günün ulduz falı: Uğurlu qərarlar dövrü başlayır
-
ABŞ00:45İrandakı 50 hərbi hədəf - Trampa siyahı təqdim edildi
-
ABŞ14 Yanvar 22:14ABŞ Azərbaycan vətəndaşları üçün də viza verilişini DAYANDIRIR - YENİLƏNDİ
-
Dünya14 Yanvar 21:25Saatlar qaldı: ABŞ İrana hücum edəcək
-
Nida Xəbər 14 Yanvar 20:48Azərbaycanı ləkələmək istəyən ermənilərin səhifələri aşkarlandı - FOTOLAR
-
Avropa14 Yanvar 20:24Fransada yumurta və kruasan qıtlığı yarandı - Səbəb bu imiş
-
Nida Xəbər 14 Yanvar 20:12Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu

































