İdman
Tebas La Liqanın planlarını açıqladı: Neçə milyard qazanacaqlar?
La Liqanın prezidenti Xavyer Tebas liqanın yayım hüquqları və maliyyə göstəriciləri ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, onun sözlərinə görə, yayımçılarla müqavilənin daha beş mövsüm uzadılmasından sonra La Liqanın 2027–2032-ci illər dövrü üzrə gəlirləri 6 milyard 135 milyon avronu ötəcək ki, bu da əvvəlki proqnozlardan 9 faiz çoxdur. Tebas bildirib ki, hazırda artım göstərən yeganə liqa məhz La Liqadır.
“La Liqada adambaşına düşən gəlir daha azdır və əhalimiz rəqiblərimizlə müqayisədə çox deyil. Bu da o deməkdir ki, audiovizual cihazların sayı azdır və eyni səviyyədə gəlir əldə etmək mümkün deyil. Amma bütün bunlara baxmayaraq, yayım hüquqlarından gəliri artan yeganə liqa bizik”, – deyə Tebas qeyd edib.
La Liqa prezidenti vurğulayıb ki, bir çox ölkələrin klubları və futbolçuları beynəlxalq səviyyədə rəqabət apara bilmir. Onun sözlərinə görə, Niderland, Avstriya və İsveçrə liqaları düzgün struktura malik deyil və bu səbəbdən yayım hüquqlarını itiriblər. Tebas bildirib ki, eyni təhlükə La Liqa üçün də mövcuddur və məhz buna görə orta müddətli strategiyalara ehtiyac var.
“Bu liqalar tamaşaçı marağını itirir. Biz isə bunun qarşısını almaq üçün indidən düşünməliyik”, – deyə Xavyer Tebas əlavə edib.
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu











.jpg)
























