Dünya
İmamoğluya bu qədər cəza istənildi: vəzifə tutmaq hüququ isə...
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu “təhqir”, “təhdid” və “terrora qarşı mübarizə aparan şəxsləri hədəf göstərmək” ittihamları ilə məhkəməyə çıxarılıb.
Publika.az xəbər verir ki, prokurorluq İmamoğlunun 2 il 8 aydan 7 il 4 aya qədər azadlıqdan məhrum edilməsini və Türk Cəza Qanununun 53-cü maddəsinə əsasən, ictimai vəzifə tutmaq hüququndan məhrum edilməsini istəyib.
İddialara əsasən, İmamoğlu panel çıxışlarının birində İstanbul Baş Prokuroru Akın Gürlek və ailəsi ilə bağlı ifadələr işlədib. Prokurorluq həmin çıxışın “terrora qarşı mübarizədə iştirak edən şəxsləri hədəf göstərmək”, “təhdid” və “təhqir” kimi cinayət tərkibi daşıdığını iddia edir.
İddianamədə İmamoğlunun 27 yanvar tarixində keçirdiyi mətbuat konfransında bir ekspertin adını çəkərək məhkəmə prosesinə təsir etməyə çalışdığı və bu davranışı ilə “məhkəmə funksiyasını yerinə yetirən şəxsi təsir altına almağa cəhd etmək” cinayətini də törətdiyi iddia olunur.
Prokurorluğun fikrincə, İmamoğlu vəzifə səlahiyyətindən və ictimai nüfuzundan istifadə edərək məhkəmə orqanlarına təzyiq göstərmək və mənsub olduğu siyasi partiyanın maraqlarına uyğun nəticələr əldə etmək məqsədi güdüb.
İmamoğlunun vəkilləri müdafiə hazırlamaq üçün əlavə vaxt istəyib və bu səbəbdən məhkəmə prosesi 16 iyula təxirə salınıb.
Roza
-
Nida Təhlil 01:50Tramp ritorikanı dəyişdi - İrana hücum başlanır
-
Qoroskop01:40Günün ulduz falı: Uğurlu qərarlar dövrü başlayır
-
ABŞ00:45İrandakı 50 hərbi hədəf - Trampa siyahı təqdim edildi
-
ABŞ14 Yanvar 22:14ABŞ Azərbaycan vətəndaşları üçün də viza verilişini DAYANDIRIR - YENİLƏNDİ
-
Dünya14 Yanvar 21:25Saatlar qaldı: ABŞ İrana hücum edəcək
-
Nida Xəbər 14 Yanvar 20:48Azərbaycanı ləkələmək istəyən ermənilərin səhifələri aşkarlandı - FOTOLAR
-
Avropa14 Yanvar 20:24Fransada yumurta və kruasan qıtlığı yarandı - Səbəb bu imiş
-
Nida Xəbər 14 Yanvar 20:12Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu

































