Dünya
NATO ölkələri razılığa gəldilər
NATO-nun iyunun 24-25-də Haaqada keçiriləcək Sammitindən bir neçə gün əvvəl Alyansın 32 üzv ölkəsi arasında müdafiə xərclərinə dair yeni hədəf göstəricisi ilə bağlı razılıq əldə olunub.
Publika.az "Tagesschau" xəbər xidmətinə istinadla bildirir ki, bu barədə bir neçə xəbər agentliyi diplomatik mənbələrə istinadla məlumat yayıb.
Məlumata əsasən, sənəddə 2035-ci ilədək ümumi daxili məhsulun (ÜDM) 5 faizinin müdafiə xərcləri üçün ayrılması nəzərdə tutulur. Həmin 5 faizdən 3,5 faizi sırf müdafiə xərclərinə, 1,5 faizi isə müdafiə ilə əlaqəli infrastruktura ayrılacaq.
Bu sənədin NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları tərəfindən Haaqa Sammitində rəsmən qəbul edilməsi nəzərdə tutulur. Lakin İspaniyanın Baş naziri Pedro Sançes ölkəsi üçün bir istisnanın tətbiq olunacağını açıqlayıb. O, bir neçə gün əvvəl NATO-nun Baş katibi Mark Rutteyə ünvanladığı məktubda 5 faiz hədəfinin məhsuldar olmadığını əsas gətirərək, bu göstəricinin ya könüllü xarakter daşımasını, ya da İspaniyanın bu tələbdən azad edilməsini nəzərdə tutan daha çevik formulun tətbiqini istəyib. Məktubda İspaniya ordusunun investisiya ehtiyaclarını ödəmək üçün ÜDM-in cəmi 2,1 faizinin xərclənməsinin kifayət etdiyi bildirilib. Madridin bu etirazı NATO-dakı tərəfdaşlar arasında ehtiyatla qarşılanıb.
Hazırda NATO-nun müdafiə xərcləri ilə bağlı hədəfi illik olaraq ÜDM-in ən azı 2 faizini təşkil edir. Yeni razılaşdırılmış artımın əsas səbəbi Rusiya tərəfindən artan təhdidlər, eyni zamanda, ABŞ Prezidenti Donald Trampın avropalı müttəfiqlərin qitədə adi silahlarla müdafiə və çəkindirmə məsuliyyətini öz üzərlərinə götürməsinə dair tələbləridir.
Avropadakı NATO ölkələri Donald Trampın istədiyini əldə etmədiyi təqdirdə ABŞ-ın Alyansa dəstəyini geri çəkə biləcəyindən ehtiyat edir. Çünki ABŞ Prezidenti daha əvvəl yalnız öz müdafiəsinə kifayət qədər maliyyə vəsaiti ayıran ölkələrə yardım edəcəyini açıqlamışdı.
-
Nida Təhlil 01:50Tramp ritorikanı dəyişdi - İrana hücum başlanır
-
Qoroskop01:40Günün ulduz falı: Uğurlu qərarlar dövrü başlayır
-
ABŞ00:45İrandakı 50 hərbi hədəf - Trampa siyahı təqdim edildi
-
ABŞ14 Yanvar 22:14ABŞ Azərbaycan vətəndaşları üçün də viza verilişini DAYANDIRIR - YENİLƏNDİ
-
Dünya14 Yanvar 21:25Saatlar qaldı: ABŞ İrana hücum edəcək
-
Nida Xəbər 14 Yanvar 20:48Azərbaycanı ləkələmək istəyən ermənilərin səhifələri aşkarlandı - FOTOLAR
-
Avropa14 Yanvar 20:24Fransada yumurta və kruasan qıtlığı yarandı - Səbəb bu imiş
-
Nida Xəbər 14 Yanvar 20:12Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu

































