Dünya
Mini ətək geyindiyinə görə işdən qovuldu - FOTO
Bloqer işə başladığı gün geyiminə görə işdən çıxarılıb.
Publika.az xəbər verir ki, İngiltərədən olan bloqer Karishma yeni işə başladığı günün səhəri geyiminə görə işdən çıxarılıb.
Karishma bu barədə məlumatı 303 min izləyicisi olan Instagram hesabında paylaşıb.
Bloqerin sözlərinə görə o, iş yerində cəmi bir saat qalıb. Daha sonra insan resursları üzrə əməkdaş onu otağına çağıraraq, əməkdaşlığın mümkün olmadığını bildirib. Karishma bunun səbəbinin geyimi olduğunu düşünür. Paylaşdığı videoda onun əynində qısa, toxunma sviter və yüksək yarıqlı mini ətək olub.
Bloqerin paylaşdığı video qısa müddətdə viral olub - 5,2 milyon baxış və 32 min bəyənmə toplayıb. Şərhlərdə çoxları HR əməkdaşının qərarını dəstəkləyib: "Bu dəfə HR-ın tərəfindəyəm", "Uyğunsuz geyim", "Frilanser olsan da, ofisə gələn hər kəs üçün geyim qaydası keçərlidir", "Onların hüququdur - işə kostyumla gəlməyini tələb edə bilərlər", - kimi fikirlər yazılıb. (Milli.Az)
-
Magazin120:36"Nikosayağı" aylar sonra göründü: qardaşının toyunda - Video
-
Dünya19:50Ukrayna Xəzərdə neft platformalarını vurdu
-
Nəqliyyat19:30Taksilərlə bağlı qaydalar dəyişdi? - AYNA-dan açıqlama
-
Nida Xəbər 16:34Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı
-
Magazin114:56Nazilə Səfərli tıxacda dava etdi: Özünü kimə göstərirsən? - VİDEO
-
Sağlamlıq14:12Su haqqında bildiklərimiz yanlış imiş: Ekspertdən şok açıqlama
-
Sosial13:30Əli Əsədov qərar imzaladı


































