ABŞ
ABŞ Senatı hərbi xərcləri təsdiqlədi - Ukraynaya 2028-ci ilə qədər...
ABŞ Konqresinin Senatı ölkənin 2026-cı maliyyə ili üçün (1 oktyabrda başlayıb) 925 milyard dollar həcmində hərbi xərcləri təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, sənədin lehinə 77 qanunverici, əleyhinə isə 20 nəfər səs verib.
Bundan əlavə, Ukraynaya təhlükəsizlik sahəsində yardım təşəbbüsünün (Ukraine Security Assistance Initiative, USAI) müddəti 2028-ci ilə qədər uzadılacaq və bu proqramın maliyyələşdirilməsi 500 milyon dollara qədər artırılacaq. Proqram çərçivəsində Pentaqon texnikanı birbaşa ABŞ arsenalından göndərmək əvəzinə istehsalçılarla müqavilələr bağlayacaq.
Sentyabr ayında ABŞ Konqresinin Nümayəndələr Palatası 2026-cı il üçün hərbi xərcləri təxminən 900 milyard dollar məbləğində təsdiqləmişdi, bunun 400 milyon dolları Ukraynaya yardım üçün nəzərdə tutulmuşdu.
Qanunvericilər sənədə əlavə maddə də daxil ediblər: əgər ABŞ administrasiyası Ukraynaya Konqres tərəfindən əvvəlcədən təsdiqlənmiş yardımı ləğv etmək və ya dayandırmaq qərarına gələrsə, Pentaqon bu barədə Konqresi məlumatlandırmalıdır.
Hüseyn İbadlı
-
Sosial11:22Reyddə 850 minlik maşınla saxlanılan sürücü kimin oğludur? - VİDEO
-
Nida Xəbər 10:47Azərbaycan XİN Omanı və Latviyanı təbrik etdi
-
Nida Xəbər 10:20Ziya Məmmədovun kadrına yüksək vəzifə verildi - FOTO
-
MDB09:18Bu türk dövlətindən acı xəbər gəldi: 9-u uşaq olmaqla 12 nəfər həlak olub
-
MDB09:12Rusiyada qaz kəmərində güclü partlayış: Təfərrüat açıqlandı
-
Magazin108:10Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
-
Sosial07:55Horovlu kəndinə növbəti köç karvanı yola salındı
-
Ekologiya07:15Böyükşor gölü ətrafında havada nə problem var? - Nazirlik vəziyyəti araşdıracaq





































