Sosial
“Tarqovı”da qanunsuz fotoqraflıq edən gənc - 4 sutkalıq həbs olundu

Bakının mərkəzində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxs məsuliyyətə cəlb edilib.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Səbail rayonunun Nigar Rəfibəyli küçəsində - Fəvvarələr Meydanının yaxınlığında müvafiq icazəsi və sənədləri olmadan küçədə fotoqraflıq edən 2001-ci il təvəllüdlü F.Kərimov (şərti) saxlanılıb. Bu zaman onun aqressiv reaksiyalar verərək müqavimət göstərdiyi, uca səslə söyüş söyərək tabesizlik etdiyi bildirilib.
İctimai asayişi pozan şəxs barəsində Səbail RPİ-nin 9-cu Polis Bölməsində protokol tərtib edilib və məhkəməyə göndərilib.
Səbail Rayon Məhkəməsində keçirilən iclasda 24 yaşlı fotoqraf küçə ticarəti üçün müvafiq icazə alınmalı olduğunu bilmədiyini deyib və ictimai asayişi pozduğuna görə peşman olduğunu bildirib.
Məhkəmə onu xırda xuliqanlıq əməlində təqsirli bilərək 4 sutkalıq inzibati həbs verib.
-
Cənubi Qafqaz16:36
ATƏT sədri İrəvanda erməniləri məyus etdi
-
Rəsmi xronika16:25
İlham Əliyev fərman imzaladı
-
Sosial15:57
Azərbaycan əhalisinin sayı artdı
-
Sosial14:17
Əli Əsədovdan taksilərlə bağlı QƏRAR
-
Dünya13:00
Trampdan sirli açıqlama: Avropada bəyənmədiyi liderlər kimlərdir?
-
Dünya11:53
Ərdoğanın Meloniyə siqaretlə bağlı tövsiyəsi dünya mətbuatını silkələdi
-
Rəsmi xronika11:13
İlham Əliyev Misir səfərindən paylaşım etdi
-
Nida Xəbər 10:46
Əli Əsədov əmr imzaladı