"Zirə"nin biabırçı transfer siyasəti: Bir oyun da oynamadı, göndərdilər
Bizi izləyin

İdman

"Zirə"nin biabırçı transfer siyasəti: Bir oyun da oynamadı, göndərdilər

“Zirə” Vinsent Tillə yollarını ayırıb.

Publika.az xəbər verir ki, futbolçuyla klub arasında bu ilin iyul ayında imzalanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klub rəsmi məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi altında bir rəsmi oyuna belə çıxmayıb. Buna səbəb isə onun “qartallar”a transfer olunduqdan bir müddət sonra zədələnməsidir.

Qeyd edək ki, Lüksemburq millisinin üzvü olan Vinsent Till Azərbaycanda 2 mövsüm “Sabah”ın heyətində də çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm