İdman
Azərbaycanda bu stadion təmirə bağlandı
"Araz-Naxçıvan"ın ev oyunlarını keçirdiyi "Liv Bona Dea Arena" stadionu noyabrın 30-dək əsaslı təmirə bağlanıb.
Publika.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Bununla əlaqədar Peşəkar Futbol Liqasının (PFL) Premyer Liqanın təqvimində dəyişikliklər etməsi zərurəti yaranıb.
Əsasnamənin tələblərinə uyğun olaraq, PFL tərəfindən "Araz-Naxçıvan" klubundan alternativ stadion təqdim etməsi tələb olunub və paralel şəkildə ölkə stadionlarının ümumi durumu analiz edilib. Rəqiblərə eyni şərtlərin təmin olunması məqsədilə klubun ev oyunlarını keçirdiyi Bakı və ətraf ərazilərdə yerləşən stadionlar nəzərdən keçirilib.
Aparılmış qiymətləndirmə nəticəsində "Bank Respublika Arena" və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu ən uyğun variantlar kimi müəyyənləşdirilib. Yerli və beynəlxalq oyunların qrafiki nəzərə alınmaqla, Azərbaycan Premyer Liqasının IX turunun "Araz-Naxçıvan" – "Sabah" oyunu "Bank Respublika Arena"da, XI turun "Araz-Naxçıvan" – "Karvan-Yevlax" və XII turunun "Araz-Naxçıvan" – "Turan Tovuz" oyunları isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, oyunların tarix və başlama vaxtlarında dəyişiklik yoxdur.
Heybət
-
Nəqliyyat18:30Bakıda axşam tıxacı: 13 yol keçilməz oldu
-
Nəqliyyat18:10Azərbaycanda 71 yaşlı qadın taksi sürür
-
Dünya17:35Bu ölkədə türk dili və ədəbiyyatı tədris olunacaq
-
Nida Xəbər 16:37"Səmavi dinlər" layihəsi Vatikanda təqdim edildi
-
İqtisadi gündəm15:52Yaşayış minimumu bu qədər artırılır
-
İdman15:13"Qarabağ" "Atletik"ə qalib gəlsə... - Görün futbolçular nə qədər mükafat alacaq
-
Rəsmi xronika14:48İlham Əliyev Yaqub Eyyubova "İstiqlal" ordenini təqdim etdi - YENİLƏNDİ
-
Rəsmi xronika14:02Onlara verilən pulun məbləği 50 faiz artırıldı - Prezident təsdiqlədi








.jpg)


























