Tramp bu ölkənin prezidentini quldur adlandırdı: Belə cavab verdi
Bizi izləyin

Dünya

Tramp bu ölkənin prezidentini quldur adlandırdı: Belə cavab verdi

ABŞ prezidenti Donald Tramp Kolumbiya prezidenti Qustavo Petronu hədəf alan açıqlamalar verib.

Publika.az xəbər verir ki, Ağ Evdə mətbuat konfransında danışan Tramp Petronu quldur adlandırıb.

"Petro quldur və pis adamdır. O, çoxlu narkotik istehsal edir. Bu gündən etibarən Kolumbiyaya bütün ödənişləri dayandırdıq. O, çox diqqətli olsun. Əks halda ona və ölkəsinə qarşı çox ciddi tədbirlər görəcəyik", - deyə ABŞ lideri qeyd edib.

Kolumbiyada istehsal olunan narkotiklərin Meksika üzərindən ABŞ-a gətirildiyini iddia edən Tramp ölkəyə qarşı ciddi sanksiyalar tətbiq etməyə başladıqlarını bildirib.

Kolumbiya prezidenti isə "X" platforması hesabında Trampın sözlərinə reaksiya verib.

"ABŞ-da bəzi yüksək rütbəli məmurların mənə qarşı böhtan xarakterli ittihamlarına qarşı özümü qanuni şəkildə müdafiə edəcəyəm. ABŞ-ın narkotik ticarəti ilə mübarizədə bizim köməyimizə ehtiyacı olduqda, biz onları dəstəkləyəcəyik", - deyə o yazıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm