"Mossad"ın keçmiş direktorundan Türkiyə eyhamı: Hər şey havaya uçar
Bizi izləyin

Dünya

"Mossad"ın keçmiş direktorundan Türkiyə eyhamı: Hər şey havaya uçar

İsrailin “Maariv” nəşri "Mossad"ın keçmiş direktoru Yossi Koenin təəccüblü açıqlamalarını dərc edib.

Publika.az xəbər verir ki, yerli podkastlardan birində danışan Koen İsrail kəşfiyyatının son illərdəki zəif tərəflərini ifşa edib.

O, xüsusilə 7 oktyabrdan əvvəl Qəzzada kəşfiyyat çatışmazlığı olduğunu etiraf edib. “Qəzzada qabaqcıl texniki nəzarət sistemlərimiz olsaydı, heç olmasa bir xəbərdarlıq ala bilərdik”, - deyə o qeyd edib.

Koen həmçinin, Türkiyə və Misiri nəzərdə tutaraq təəccüblü qiymətləndirmə edib. "Maariv" nəşri onun “Regionda elə ölkələr var ki, bir hərəkəti ilə hər şey havaya uça bilər” sözlərinin Türkiyə və Misirə aid olduğunu şərh edib.

Koen İsrailin beynəlxalq ictimai rəylə mübarizədə əhəmiyyətli uğursuzluğunu da vurğulayıb. O, Netanyahunun təkəbbürlü bir özgüvənə və uzunmüddətli hakimiyyət ehtirasına sahib olduğunu iddia edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm