Maduro onları hədələdi: Vətəndaşlıqdan çıxarılacaqlar
Bizi izləyin

Dünya

Maduro onları hədələdi: Vətəndaşlıqdan çıxarılacaqlar

Venesuelada ABŞ-ın ölkəyə müdaxiləsini təşviq edənlərin vətəndaşlığını ləğv etmək səyləri həyata keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro bəyanat yayıb.

O, müxalifət üzvlərinin adlarını çəkmədən onları hədəfə alıb və ABŞ-ın Venesuelaya müdaxiləsini təşviq etməkdə günahlandırıb.

Maduro bu şəxsləri vətəndaşlıqdan çıxarmaq tələbinin Venesuela Konstitusiyasının 130-cu maddəsinə əsaslandığını bildirib. Lakin Konstitusiyanın 35-ci maddəsində vətəndaşlıqdan çıxarılma qərarının yalnız Ali Məhkəmə tərəfindən verilə biləcəyi və Venesuelada doğulanların vətəndaşlıqdan çıxarıla bilməyəcəyi göstərilir.

"Biz qardaşıq, sülh naminə birləşək. Gəlin qrinqoların (ABŞ) Karib dənizində müharibə başlatmasına imkan verməyək", - deyə Maduro qeyd edib.

O, Vaşinqton administrasiyasının məqsədinin qonşu ölkələri bir-birinə qarşı qoymaqla müharibəyə başlamaq olduğunu bildirib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm