Dünya
Rusiyaya daha bir zərbə: “Lukoyl” şirkətinin aktivləri əldən çıxır
Amerikanın “Carlyle” investisiya şirkəti Rusiyanın sanksiyalar altında olan “Lukoyl” şirkətinin xarici aktivlərinin alınması variantlarını araşdırır.
Publika.az xəbər verir ki, şirkət hələ qərar verməsə də, bu aktivləri əldə etmək üçün başqa variantları nəzərdən keçirir.
Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
“Vəziyyətlə tanış olan üç mənbəyə görə, Amerikanın “Carlyle” özəl kapital şirkəti Rusiyanın neft nəhəngi “Lukoyl”un xarici aktivlərini almaq variantlarını nəzərdən keçirir”, - nəşr bildirib.
"Şirkət lazımi yoxlama başlamazdan əvvəl aktivləri almaq üçün ABŞ lisenziyası üçün müraciət etməyi planlaşdırır", - “Reuters” yazıb.
Agentlik əlavə edir ki, ikinci mənbə deyib ki, “Carlayle” öz niyyətləri barədə “Lukoyl”a məlumat verib.
“Reuters” qeyd edir ki, aktivlər 2024-cü ilə qədər təqdim edilən müraciətlərə əsasən, təxminən 22 milyard dollar dəyərində qiymətləndirilir.
Tural
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq




































