Dünya
Zelenski Cenevrə danışıqlarının ilkin nəticələrini açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski Cenevrədə keçirilən ilkin danışıqları dəyərləndirib.
Publika.az xəbər verir ki, bu barədə Zelenski "Telegram" səhifəsində məlumat yayıb.
Dövlət başçısı qeyd edib ki, ABŞ-ın sülh planına Ukrayna üçün kritik elementlər daxil ola bilər.
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti hazırda Cenevrədə müharibəni dayandırmaq, sülhü bərpa etmək və davamlı təhlükəsizliyi təmin etmək üçün işlək həllər tapmaq üçün çalışır.
"Komanda artıq ilkin görüşlərin və müzakirələrin nəticələrinə dair qısa hesabatlar təqdim edib. İndi belə bir anlayış var ki, Amerikanın təklifləri Ukraynanın baxışına əsaslanan və Ukraynanın milli maraqları üçün mühüm əhəmiyyət kəsb edən bir sıra elementləri özündə birləşdirə bilər", - deyə Zelenski vurğulayıb.
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı



































