Dünya
Bu mağazanın geyimlərində təhlükəli kimyəvi maddələr aşkarlandı
“Greenpeace” ekoloji təşkilatının apardığı araşdırmalar nəticəsində “Shein” onlayn mağazasının uşaq geyimlərində təhlükəli maddələrin olduğu üzə çıxıb.
Publika.az xəbər verir ki, 56 geyim nümunəsinin 18-də Avropanın kimyəvi maddələr üzrə tələblərini aşan maddələr var. Aşkar edilən maddələr arasında ftalat tipli plastifikatorlar və suya, ləkəyə davamlı PFAS maddələri (daim kimyəvilər) yer alır.
Araşdırmalar göstərir ki, bu kimyəvi maddələrin bəziləri insanın qaraciyərini zədələyə və immun sistemini zəiflədə bilər. Həmçinin, xərçəng riskini də artıra bilər.
Təşkilat bildirir ki, istehsalçı ölkələrdə xüsusilə də həm işçilər, həm də ətraf mühit bu təsirlərdən daha çox əziyyət çəkir. Yuyulma və utilizasiya zamanı həmin maddələr torpağa daxil olur.
“Shein” isə bəyan edib ki, şirkət məhsullarının təhlükəsizliyinə çox ciddi yanaşır və müştərilərinə tələblərə uyğun, təhlükəsiz məhsullar təqdim etməyə çalışır. Məlumata görə, şirkət hələlik “Greenpeace” təşkilatının yoxlama nəticələrini müstəqil şəkildə test edə bilməyib. Ehtiyat tədbiri olaraq, həmin məhsullar dünya üzrə satışdan çıxarılır.
Qeyd edək ki, bu, qısa müddət ərzində “Shein”in oxşar ittihamla üzləşdiyi ikinci haldır. Oktyabrın sonunda Almaniyanın istehlakçı hüquqlarının müdafiə təşkilatı olan “Stiftung Warentest” yoxlanılmış 162 məhsulun 110-da zərərli maddələr, texniki qüsurlar və ya yanlış markalanma aşkar edib.
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı



































