Dünya
Sülh planında mühüm detal: Meloni Ərdoğanın rolunu açıqladı
ABŞ-ın Ukrayna üçün 28 maddəlik sülh planında Avropanın da irəliləyişlərə səbəb ola biləcək təkliflər təqdim etməsi vacibdir.
Publika.az xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corca Meloni deyib.
O, sözügedən planla bağlı ABŞ prezidenti Donald Tramp və Finlandiya prezidenti Aleksandr Stubbla telefon danışıqları apardığını bildirib:
"ABŞ prezidentinin hazırlıqlı və istəkli olduğunu gördüm. Komandamızın Cenevrədəki işi bu istiqamətdə irəliləyir. Paylaşıla biləcək bir çox məqam var və mövcud təklif üzərində işləmək məntiqlidir. Məsələn, ərazilər, yenidənqurma üçün maliyyələşdirmə və ya Ukrayna ordusu ilə bağlı məsələlər var. Bu, İtaliyanın uzun müddətdir təklif etdiyi yanaşmanın davamıdır".
Meloni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna məsələsindəki rolundan danışıb:
"Ərdoğan da 28 bəndlik təklifə konstruktiv yanaşır və müvəqqəti atəşkəsin tərəfdarlarından biridir. Onun da bu danışıqlarda iştirak etməsi müsbət hadisədir".
Roza
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı



































