Dünya
Putin bu ölkəyə səfərə həvəslə hazırlaşır: Moskvanın umacağı nədir?
Moskva və Yeni Dehli Vladimir Putinin Hindistana gözlənilən səfərinə fəal şəkildə hazırlaşır.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Səfərə fəal hazırlaşırıq və ümid edirik ki, bu, hər mənada məhsuldar olacaq. Tarixlər razılaşdırılıb. Biz bunu hindistanlı tərəfdaşlarımızla birlikdə rəsmi şəkildə elan edəcəyik, amma deyə bilərəm ki, söhbət dekabrın əvvəlindən gedir", - deyə Uşakov bildirib.
Köməkçi deyib ki, ən əsası odur ki, bu səfər baş nazirlə Rusiya prezidenti arasında ikitərəfli münasibətlər və aktual beynəlxalq məsələlər ətrafında hər il bir araya gələcəkləri barədə razılaşmanı praktikada həyata keçirmək imkanı verir.
Xatırladaq ki, Rusiya və Hindistan liderləri sonuncu dəfə sentyabrın əvvəlində Çində keçirilən ŞƏT sammitində görüşüblər.
Adəm
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı



































