Dünya
Pakistanda polis məntəqəsinə hücum: Ölənlər var
Pakistanın Xeybər Paxtunxva əyalətinin Peşəvər şəhərindəki jandarma məntəqəsinə hücum həyata keçirilib.
Publika.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.
Hakimiyyət orqanları bildirib ki, hücumu həyata keçirən terrorçular zərərsizləşdirilib. Üç terrorçudan biri özünü partladıb, digər ikisi isə binaya girməyə çalışarkən jandarma zabitləri tərəfindən öldürülüb.
Hücum zamanı yaralanan altı mülki şəxs xəstəxanaya aparılıb, 3 jandarma nümayəndəsi isə həlak olub.
Pakistan Prezident Aparatı "X" hesabında Prezident Asif Əli Zərdarinin sözügedən hücumu qətiyyətlə pislədiyini bildirib. Zərdari həlak olanların ailələrinə başsağlığı verib.
Roza
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı



































