Dünya
Ərdoğan Makrona Ukrayna ilə bağlı nə deyib? - Detallar açıqlandı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makrona İstanbulda Ukrayna ilə bağlı danışıqları bərpa etmək üçün tərəflərlə əlaqə saxladığını bildirib.
Publika.az xəbər verir ki, söhbət zamanı Türkiyə ilə Fransa arasında ikitərəfli münasibətlər, Ukrayna ilə Rusiya arasındakı münaqişə, eləcə də regional və qlobal məsələlər müzakirə edilib.
“Prezident Ərdoğan İstanbul prosesinin bərpası üçün tərəflərlə təmasların davam etdiyini və Türkiyənin sülh qapılarının tezliklə açılması üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu bəyan edib”, - Türkiyə liderinin ofisindən bildirilib.
Ərdoğan davamlı sülhə nail olmaq üçün diplomatik vasitələrdən ən effektiv şəkildə istifadə edilməli olduğunu və Türkiyənin atəşkəs prosesinə və ondan sonrakı səylərə hərtərəfli dəstəyini davam etdirəcəyini bildirib.
Türkiyə prezidenti bəyan edib ki, qlobal sülhə təhlükə yarada biləcək addımlardan çəkinmək sülh səylərinə töhfə verəcək.
Qeyd edək ki, İstanbulda Rusiya və Ukrayna arasında birbaşa danışıqların üç raundu keçirilib. Bunlar məhbus mübadiləsi ilə nəticələnib. Bundan başqa, Rusiya həlak olan ukraynalı hərbçilərin cəsədlərini Kiyevə təhvil verib.
Adəm
-
Sosial16:08Evdən işləmək qanuniləşir
-
Cənubi Qafqaz15:26Pakistan Ermənistanda səfirliyini açacaq
-
Cənubi Qafqaz14:49Təyyarələr İrəvana enə və ya qalxa bilmir: Nə baş verib?
-
Sosial14:20Azərbaycanda kişilərə şad xəbər: Buna görə pul veriləcək - VİDEO
-
Nida Xəbər 13:33Şərhdə naziri “tag” etdi, o da cavab verdi - FOTO
-
ABŞ13:06Trampdan sərt xəbərdarlıq: Keçdikləri anda vuracağıq
-
Sosial12:57Azərbaycanda daha bir bayram günü təsis edilir - İş olmayacaq
-
Sosial12:10Bu şəxslərin maaşı artdı



















.jpg)















