Dünya
"Tesla" Avropada çöküş yaşayır - Satışlarda azalma
Avropa İttifaqının avtomobil bazarında "Tesla" satışları noyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə kəskin azalma yaşayıb.
Publika.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) yanvar-noyabr dövrünün Avropa ölkələri üçün yeni avtomobil qeydiyyatı məlumatlarını açıqlayıb.
Hesabata əsasən, 2024-cü ilin noyabr ayında 18 430 olan Tesla satışları bu ilin eyni ayında 34,2 faiz azalaraq 12 130-a enib.
Brendin Aİ-də ümumi yeni avtomobil satışlarındakı payı isə 2,1 faizdən 1,4 faizə düşüb.
Qeyd edək ki, "Tesla"nın sahibi İlon Maskın ABŞ prezidenti Donald Trampla uzun müddətdir davam edən sıx işgüzar münasibətləri, mübahisəli davranışları və Avropa ölkələrində ifrat sağçı siyasətçilərə açıq dəstəyi avropalıların şirkətdən uzaqlaşmasına səbəb olub.
Roza
-
Tarix15:10Arxeoloqlar tarixin ən böyük gəmisini tapdı
-
Dünya14:25Baxçalıdan İranla bağlı şok açıqlama: Təhdid olduqca tanışdır
-
Nida Xəbər 13:33İlham Əliyev Tərtərdə açılışda iştirak etdi - FOTO/YENİLƏNDİ
-
Qoroskop12:40Bu il əsl sevgini tapacaq 4 bürc
-
Dünya11:30Rusiya-Ukrayna müharibəsi rekord qırdı
-
Dünya09:54ABŞ bu ölkəni böhranla üz-üzə qoyur: Süqut edə bilər
-
Sosial09:42Bakı metrosunda yeni tarif? - RƏSMİ AÇIQLAMA VERİLDİ
-
Dünya09:00"SpaceX"in məqsədi yadplanetlilərlə görüşməkdir - Mask























.jpg)












