Dünya
Çin “Starlink”i yandıra bilən super silah hazırladı
Çinin Sian şəhərindəki Şimal-Qərb Nüvə Texnologiyaları İnstitutunun alimləri dünyanın ilk mikrodalğalı silahını nümayiş etdiriblər.
Publika.az xəbər verir ki, bu bardə honkonqun "South China Morning Post" qəzeti (SCMP) məlumat yayıb.
Bildiirlib ki, bunlar 20 QVt gücündə olan TPG1000Cs mikrodalğalı silahıdır.
Bu yerüstü sistemin tam bir dəqiqə ərzində yüksək enerjili impulslar yarada biləcəyi deyilir. Belə qabiliyyət ona aşağı Yer orbitində peykləri sıradan çıxarmağa imkan verir. Sistemin uzunluğu dörd metrə qədərdir, lakin çəkisi beş tondur. Bu unikal uzunluq-çəki nisbəti silahı yük maşınlarına, döyüş gəmilərinə və təyyarələrə gizli şəkildə quraşdırmaq imkanı yaradır.
Çinli istehsalçıların texnoloji inkişafı Qərb silahları üçün ciddi təhlükə yarada bilər. Nəşr qeyd edir ki, bu cihazın imkanları kosmik gəmilərin qorunmasının mövcud və müasir metodlarını faydasız edir. Sadə dillə desək, jurnalistlər artıq bunu ""Starlink"in ən pis kabusu" adlandırırlar.
Qeyd olunur ki, indiyə qədər bu növ sistemlər eksperimental və etibarsız hesab olunurdu. Yeni qurğu bir seans ərzində üç minə qədər impuls yarada bilir ki, bu da TPG1000Cs modelinin nəhəng gücə malik ilk tamdəyərli mikrodalğalı silah nümunəsi olmaq şansını artırır.
Bundan əvvəl peyk görüntülərində Çinin ABŞ-a zərbə endirmək qabiliyyətinə malik ən yeni silahlarının, o cümlədən zirehli texnika, hava hücumundan müdafiə sistemləri, qanadlı raketlər və artilleriya qurğularının müşahidə edildiyi bildirilmişdi.
Hüseyn İbadlı
-
Region10:13İrəvanın mənzil bazarında son durum: Görün evlər neçəyədir
-
Dünya09:55Epşteynin belaruslu sevgilisi və türk vəkil: 100 milyon dollar, mülklər ona qalıb - Foto
-
Rəsmi xronika09:24Prezidentin Əbu-Dabiyə səfəri dünya mətbuatının diqqət mərkəzində - FOTO
-
Dünya09:00Çin “Starlink”i yandıra bilən super silah hazırladı
-
Avropa07:47Atadan qandonduran əməl - Qızına siçovul zəhəri verib ki...
-
Magazin106:16Türk serialında mahnımız səsləndi
-
Maraq dünyası05:45Seks haqqında məşhur stereotip alt-üst edildi
-
Dəb05:15Dəbdə inqilab - Mariya Antuanetta üslubu geri dönür

































