Dünya
Nüvə silahı ilə bağlı açıqlaması müzakirələrə səbəb oldu
İfrat sağçı millətçi İsveç Demokratları Partiyası ölkə “boz zona”ya düşəcəyi təqdirdə, burada nüvə silahlarının yerləşdirilməsini nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Publika.az xəbər verir ki, partiyanın xarici siyasət üzrə sözçüsü Aron Emilssonun sözlərinə görə, belə bir addım hazırda gündəmdə deyil, lakin qeyri-sabit və sürətlə dəyişən təhlükəsizlik mühitində bu ehtimalı istisna etmək olmaz. O, İsveçin NATO-nun nüvə planlaşdırmasına tam inteqrasiya edilməli olduğunu da vurğulayıb.
Baş nazir Ulf Kristersson bundan əvvəl bildirib ki, ölkə NATO vasitəsilə nüvə siyasəti ilə bağlı bütün müzakirələrdə iştirak edir. Xarici işlər naziri Mariya Malmer Stenergard isə qeyd edib ki, mövqedəki hər hansı bir dəyişiklik ittifaq müttəfiqləri ilə və Riksdaqda müzakirə olunmalıdır, hökumət isə Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə sadiq qalır.
İsveç demokratlarının bəyanatı müxalifətdə təəccüb doğurub. Sosial demokratlar İsveçdə nüvə silahlarının yerləşdirilməməsi ilə bağlı mövcud razılaşmanı xatırladıblar və bu mövqeyi yenidən nəzərdən keçirməyin zəruriliyinə şübhə etdiklərini bildiriblər.
-
İdman18 Fevral 23:38"Qarabağ" "Nyukasl"a böyük hesabla uduzdu - Video/Yeniləndi
-
Kriminal18 Fevral 21:39Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblər deportasiya olundular
-
İnanc18 Fevral 21:13Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
-
ABŞ18 Fevral 20:00Tramp yadplanetlilərlə bağlı çıxış etməyə hazırlaşır
-
Ekologiya18 Fevral 19:30Sabah temperatur 4-6 dərəcə enəcək - Xəbərdarlıq
-
Sosial18 Fevral 19:20Azərbaycana gətirilən palma yağında təhlükəli maddə aşkarlandı
-
İdman18 Fevral 19:10“Nyukasl”ın futbolçuları Bakı küçələrində - Foto
-
Sosial18 Fevral 18:50İlin sonuna kimi bu ərazidəki 4200-dən artıq mənzil söküləcək



































