Dünya
Həyat dayandı: Nə yemək, nə işıq, nə də yanacaq var - Bu ölkə çökür
Tramp administrasiyası neft tədarükünü dayandırdıqdan sonra Kubada yanacaq böhranı daha da dərinləşib. Ölkədə turizm sektoru dayanıb, elektrik kəsintiləri və qida təchizatı problemləri həyatı iflic edib.
Publika.az "CNN International"a istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp administrasiyası Venesuelaya qarşı hərbi addımlar və Meksikaya qarşı tarif təhdidləri ilə Kubaya neft axınını dayandırıb.
Bildirilir ki, Vaşinqton administrasiyası kommunist hökumətini bu şəkildə siyasi və iqtisadi islahatlara məcbur etməyi hədəfləyir. Kubanın yüz milyonlarla dollar dəyərində yanacaq ehtiyacını ödəmək üçün yeni müttəfiq tapa bilmədiyi və mövcud ehtiyatların tükənmək üzrə olduğu vurğulanır.

Yanacaq böhranı səbəbindən ölkədə təhsil fəaliyyətləri qismən dayandırılıb və bəzi işçilər ödənişsiz məzuniyyətə göndərilib. Bəzi hotellər bağlanıb, təyyarə yanacağının çatışmazlığı səbəbindən Rusiya və Kanadadan bəzi reyslər ləğv edilib.
Dövlət tərəfindən idarə olunan xəstəxanalarda xidmətlər azaldılıb və zibil toplama maşınlarının işləyə bilməməsi səbəbindən bəzi məhəllələrdə tullantıla üst-üstə yığılıb. Hər il keçirilən Habanos festivalı ləğv edilib və mədən şirkəti "Sherrit International" nikel və kobalt istehsalının müvəqqəti dayandırıldığını elan edib. Hesabata görə, Kubada istehlak edilən qidanın böyük hissəsi də idxal məhsuludur.

Bəzi özəl sektor firmaları gündəlik elektrik kəsintiləri səbəbindən ABŞ-dan qida idxalını dayandırıblar. Havanadakı yerli bazarlardakı satıcılar da kənd yerlərindən paytaxta meyvə və tərəvəz daşımaqda çətinlik çəkdiklərini və xərclərin iki-üç dəfə artdığını söyləyirlər.

Kuba prezidenti Migel Diaz-Kanel ictimaiyyətə müharibə dövrü düşüncəsi ilə hərəkət etməli olduqlarını bildirib. O, yanacaq çatışmazlığı səbəbindən bəzi bölgələrdə istehsal edilən qidanın digər bölgələrə daşınmasının mümkün olmayacağını qeyd edib.
Roza
-
Sosial18:50İlin sonuna kimi bu ərazidəki 4200-dən artıq mənzil söküləcək
-
Rəsmi xronika17:34Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
-
Sağlamlıq17:06Bu şəxslər oruc tutmamalıdır - Əks halda...
-
Sosial15:12Azərbaycanda məktəblinin geyim forması: Valideynlər bunu etməyə borcludurlar
-
Nida Xəbər 14:31İran bu mövzuda ABŞ-a güzəştə gedir - Üçüncü ölkəyə təhvil veriləcək
-
İdman13:42Yaşıl meydanların rus gözəli: O, Bakıya niyə gəlibmiş? - Fotolar
-
İdman12:57Qəmbərov Nərimana dəstək olacaq: Ona dedim ki, "Kalumbus"a azərbaycanlı futbolçu gəlir
-
Köşə12:12Mourinyodan şok iddia: Bunun “Qarabağ”a nə dəxli var?























.jpg)














