Dünya
El Mençonun öldürülməsinə ABŞ-dan reaksiya: Əla hadisədir
ABŞ Dövlət Katibinin müavini Kristofer Landau sosial mediada Meksika narkotik kartelinin lideri, "Halisco New Generation" (CJNG) təşkilatının lideri El Menço kimi tanınan Nemesio Osequera Servantesin öldürülməsinin "böyük bir hadisə" olduğunu bildirib.
Publika.az xəbər verir ki, Landau yazıb: "Mənə indicə məlumat verildi ki, Meksika təhlükəsizlik qüvvələri ən qanlı və amansız narkotik lordlarından biri olan "El Mençonu" məhv edib. Bu, Meksika, ABŞ, Latın Amerikası və bütün dünya üçün əla hadisədir".
O qeyd edib ki, "yaxşı adamlar pis adamlardan daha güclü çıxdılar". Dövlət katibinin müavini həmçinin Meksikanın hüquq-mühafizə orqanlarını təbrik edib.
Fevralın 22-də El Mençonun ölüm xəbərlərindən sonra Meksikanın ən azı beş ştatında kütləvi iğtişaşlar baş verib.
Meksika Milli Müdafiə Nazirliyinin məlumatına görə, narkobaron xüsusi əməliyyat zamanı ağır yaralanıb. O, Mexiko şəhərindəki xəstəxanaya vertolyotla aparılarkən ölüb.
Tural
-
İdman11:50Rusiyanı Almaniyaya dəyişən azərbaycanlı gözəl: Hər kəs ondan danışır - Fotolar
-
Rəsmi xronika11:34Prezident onları təltif etdi - SİYAHI
-
Rəsmi xronika11:27İlham Əliyev Yaponiya İmperatorunu təbrik etdi
-
İnanc10:48Pravoslavlarda da orucluq başladı: Onlar hansı qidaları yeyə bilməzlər?
-
Nida Xəbər 10:36Həqiqi hərbi xidmətlə bağlı dəyişiklik edilir
-
Nida Xəbər 10:27Balakənin sabiq icra başçısının həbs müddəti uzadıldı
-
Dünya09:54Zelenski: Putin Üçüncü Dünya Müharibəsini başladıb, indi əsas vəzifə odur ki...
-
Köşə09:12Bütün dünyanın bildiyi həqiqət budur: Azərbaycanda bilmirlər




































